ABŞ Rusiyaya iqtisadi təzyiqləri artırmağa hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi lazımdır.
Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
Bessent əlavə edib ki, Rusiya neftini alan ölkələrə əlavə ikinci dərəcəli sanksiyaların və tariflərin tətbiqi Rusiya iqtisadiyyatının tamamilə çökməsinə səbəb ola bilər və Rusiya Prezidenti Vladimir Putini danışıqlar masası arxasına keçirə bilər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl qeyd edib ki, Rusiyanı sülhə doğru sövq etmək lazımdır və bunun açarı Avropa və ABŞ-nin birgə səylərindədir.