26 C
Baku
Saturday, July 27, 2024

ABŞ Rusiyanı Türkiyənin Qarabağ müqaviləsindəki rolunu aydınlaşdırmağa çağırır

ABŞ və Fransa Türkiyənin Qarabağ münaqişəsindəki rolu ilə əlaqədar təfərrüatları gözləyirlər.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin rəsmisi Mayk Pompeo və Fransanın xarici işlər naziri Jan-İv Le Drianın jurnalistlərə verdikləri açıqlamada deyilir.

“Onlar (Pompeo və Le Drian) Dağlıq Qarabağ haqqında ətraflı danışdılar. Həmsədrlər olaraq (ATƏT-in Minsk Qrupunun) ortaq bir fikrə gəldilər: biz Dağlıq Qarabağ zonasında atəşkəsə nail olmaq üçün Rusiya tərəfindən görülən işləri tanıyırıq. Lakin eyni zamanda qəbul edirik ki, ruslar bir çox məsələyə aydınlıq gətirməlidirlər. Məsələn, müqavilənin parametrləri və Türkiyənin oradakı rolu”, – Dövlət Departamentinin sözçüsü bildirib.

Xatırladaq ki, 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən ikinci Qarabağ müqavilə imzalanmışdı.

Son xəbərlər
Digər xəbərlər