17 C
Baku
Şənbə, May 28, 2022

ABŞ Rusiyanın ən böyük maliyyə qurumu və bankına tam bloklayıcı sanksiyalar tətbiq etdi

ABŞ administrasiyası “Sberbank” və “Alfa-Bank”a qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

“Biz Rusiyanın ən böyük banklarının və Mərkəzi Bankının ABŞ-la hər hansı bir iş görməsini dayandırmaqla, bütün aktivlərini dondurmaqla maliyyə zərbəsini kəskin şəkildə gücləndiririk”, – nümayəndə deyib.

Qeyd edək ki, ABŞ xarici borcuna xidmət edə bilməməsi üçün Rusiyanı dollara çıxış imkanından məhrum etməyə çalışır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər