ABŞ Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib

0

ABŞ-ın Maliyyə nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiyalar tətbiq edir. Bununla onların Amerika məhsulları və texnologiyalarını əldə etməsinə çıxışının qarşısı alınır.

Banker.az bu barədə Voice of America-ə (VOA) istinadən məlumat verir ki, ABŞ-ın federal reester səhifəsində yerləşdirilmiş sənədə əsasən, yeni sanksiyalar sentyabrın 26-dan qüvvəyə minir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Birləşmiş Ştatlar hökumətinin bildirdiyinə görə, bu 12 şirkətin fəaliyyəti Amerikanın milli maraqlarına ziyan vurur. Elmi-tədqiqat institute “Vektor”, elmi-istehsalat müəssisəsi “Qamma”, “Sayrus Sistems” şirkəti və “İnfoteks” şirkətlər qrupuna qarşı sanksiyalar onların kiber məkanda zərərli fəaliyyətləri ilə əlaqədar tətbiq edilib.

Bundan əlavə daha beş şirkətə qarşı sanksiyaların tətbiq edilməsi onların Rusiyanın hərbi-sənaye kompleksi və aero-fəza sektorunu dəstəkləməsi ilə əlaqədardır.

Rusiyanın hərbi dəniz qüvvələrini avadanlıqla təmin etdiyinə görə “Okeanos” və “Dayvtexnoservis” şirkətləri ABŞ-ın sanksiyalarının hədəfi olub.

Nilco Group şirkətlər qrupuna qarşı isə İranın raket proqramına maddi yardım göstərdiyi ilə əlaqədar olaraq sanksiyalar tətbiq edilib.