10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Rusiyanın Beynəlxalq Taxıl Şurasının iclasında iştirakına icazə verməyib

ABŞ hakimiyyəti rus diplomatların Beynəlxalq Taxıl Şurasının yanvarın 24-də Nyu-Orleanda (Luiziana) keçiriləcək iclasında iştirak etməsinə razılıq verməyib.

Bu barədə Rusiyanın ABŞ-dəki diplomatik missiyasının Telegram kanalında dərc olunan bəyanatında deyilir.

“Bir daha ictimai dairələrin və medianın diqqətini Amerika hakimiyyətinin Rusiya səfirliyinin ABŞ ərazisinə rəsmi səfərini məhdudlaşdıran destruktiv praktikasına cəlb edirik. Dövlət Departamenti tərəfindən imtinaların sayı durmadan artır. Bundan başqa, rəsmilər belə qərarların səbəbini izah etmirlər”, – deyə bəyanatda bildirilir.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər