22 C
Baku
Saturday, July 13, 2024

ABŞ Rusiyanın “Mir” ödəniş sisteminə sanksiya tətbiq edəcək

ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu barədə “The Wall Street Journal” nəşri yazır.

Nəşrin məlumatına görə, məhdudiyyətlər Rusiyanın “Mir” ödəniş sisteminə təsir edəcək.

Qəzetin mənbələrinin məlumatına görə, Vaşinqton hesab edir ki, Moskva bu sistemdən Qərbin sanksiyalarından yayınmaq üçün istifadə edir.

WSJ-nin məlumatına görə, ABŞ hökuməti SWIFT qlobal maliyyə mesajlaşma sistemindən ayrılmış Rusiya banklarının siyahısını genişləndirməyi düşünür. Həmçinin, bir sıra mallara ixrac nəzarətinin gücləndirilməsi və Rusiyanın dövlət şirkətlərinə qarşı yeni sanksiyaların tətbiqi planlaşdırılır.

 

 

Son xəbərlər
Digər xəbərlər