10 C
Baku
Tuesday, November 26, 2024

ABŞ Rusiyanın tərəfdaşlarını ondan uzalaşdırmaq istəyir

Vaşinqton Rusiyanın tərəfdaşları ilə “izahat” işini davam etdirir. Misal üçün ABŞ  Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün tez-tez erməni rəsmilərini Vaşinqtona dəvət edir, onlarla görüşlər və müzakirələr keçirir. Vaşinqtonun Pekinlə münasibətləri soyuqdur, Tayvan problemi gərginliyi daha da artırır. Bu baxımdan Vaşinqtonun Çin siyasətində uğuru yoxdur. Vaşinqton Rusiyanın daha bir tərəfdaşı – Hindistanla da fəal dialoq aparır.

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Vaşintonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Salivanla görüşdə ikitərəfli əməkdaşlığın inkişafı yollarını müzakirə edib. Salivan Hindistanın xarici işlər nazirinin inandırmağa çalışıb ki, Dehlinin hərbi və təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı məqsəduyğun deyil. Amerikalı rəsmilər Hindistanın Rusiya ilə münasibətlərdə məsafə saxlamasının zərurətini vurğulayırlar. Ancaq Vaşinqtonda onu da anlayırlar ki, Hindistan-Rusiya münasibətləri onilliklərdir formalaşıb, Dehlinin siyasətinə təsir etmək üçün müəyyən zamana ehtiyac var. Yəni Dehli Vaşinqtonun istəyi ilə Kremllə əməkdaşlıqdan qısa müddətdə imtina etməyəcək.

“ABŞ dövlət katibi Entoni Blinken də hindli həmkarını Rusiyadan uzaq dayanmağa inandırmağa çalışıb”- deyə, bunu Bakıda mənzillənən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O deyir ki, Vaşinqton Ukraynada işğalçı müharibə fonunda Rusiyanı təcrid etməyə çalışarkən Dehlinin Rusiyadan silah və hərbi texnika almasının qarşını almağa çalışır.

Vaşinqtonun səylərinə baxmayaraq, Dehli Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək. Hindistan Rusiya ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatının və BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvüdür. Ancaq Dehlinin Rusiyadan aldığı hərbi texnikanın həcmi azalıb. Rusiya hərbi texnikasının keyfiyyəti Dehlidə suallar doğrumağa başlayıb. Buna görə də Dehli son illər Qərb ölkələrinin hərbi texnikasına üstünlük verməyə başlayıb.

Bu arada, ABŞ Hindistan vətəndaşlarına viza verilməsini azaldıb. Vaşinqton bunu koronavirusla əlaqələndirsə də, bu məsələdə siyasi təzyiq elementi görünür. Hindistanın informasiya texnologiayaları sahəsində mütəxəssislərinin, proqramçıların ABŞ-da çalışmaq istəyi müxtəlif problemlərlə üzləşib. Halbuki, ABŞ-ın hindli proqramçılara ehtiyacı var.

Son xəbərlər
Digər xəbərlər