Amerika Birləşmiş Ştatları Ukraynanın taxıl ixracına dair sazişin imzalanmasını alqışlayır və digər ölkələrlə birlikdə Rusiyanın bu müqavilələrin icra etməsinə nəzarət edəcək.
Bunu ABŞ-ın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Bridget Brink bəyan edib.
O, sazişin taxıl ixracının ən təhlükəsiz, ən yaxşı və sürətli yolu olduğunu vurğulayıb.
“Biz həmçinin BMT və Türkiyənin bu sazişi hazırlamaq üçün səylərini, həqiqətən böyük və uzunmüddətli səylərini yüksək qiymətləndiririk. Axı, qlobal ərzaq təhlükəsizliyi böhranının ortasında qidalanma məsələsini silahlandıran Rusiya idi. Və inanırıq ki, biz və digər ölkələr Rusiyanı bu razılaşmaya əməl etməyə məcbur etməliyik”.