1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Rusiyanın viza mərkəzini bağlayır

ABŞ Vaşinqton və Nyu-Yorkda filialları olan Rusiya viza mərkəzini bağlamaq qərarına gəlib.

Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər və indi Rusiya diplomatlarının və konsullarının çiyinlərinə əlavə bir yük düşür”, – o, bildirib.

Antonov əmin edib ki, diplomatlar fəaliyyətini davam etdirəcək və öz həmvətənlərinə lazımi hüquqi və konsul dəstəyi göstərəcəklər. Eyni zamanda o, baş verənləri “rus diplomatlarına qarşı növbəti xırda, iyrənc hücum” kimi qiymətləndirib. Səfir etiraf edib ki, Rusiya diplomatik missiyaları ətrafında vəziyyət “həmişə pisləşir”.

Bundan başqa, ABŞ rus diplomatlarını ölkədə vergi ödəməmək imkanından məhrum edib. Vaşinqtondan, səfirin sözlərinə görə, bununla bağlı heç bir izahat verilməyib.

Son xəbərlər
Digər xəbərlər