9 C
Baku
Sunday, November 17, 2024

ABŞ Rusiyaya $300-dan baha smartfonların ixracını qadağan edib

ABŞ hökuməti Rusiyanın bütün vətəndaşlarına şamil edilən yeni sanksiyalar tətbiq edib. Yeni qərara əsasən, hazırda müxtəlif qiymətli avadanlıqların alışına məhdudiyyətlər qoyulub. Siyahıya 300 dollardan baha olan mobil cihazlar da daxildir.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Rusiyaya cihazı idxal etmək üçün ABŞ tənzimləyicilərindən xüsusi lisenziya tələb olunacaq. Ekspertlərin fikrincə, bu sanksiyalar paralel idxalı çətinləşdirəcək, çünki məhdudiyyətlər “boz” sxemlərlə idxal olunan smartfonlar üçün Rusiya bazarının dörddə birinə təsir edəcək.

Eyni zamanda, Çin də kömək edə bilməyəcək, çünki Amerika texnologiyalarının miqdarı 25% -dən çox olan Çin istehsalçılarının smartfonları məhdudiyyətlər altına düşəcək. Mütəxəssislər iPhone və Galaxy daxil olmaqla, bir sıra brendləri idxal etməkdən tamamilə imtina etməyi təklif edirlər.

Son xəbərlər
Digər xəbərlər