11 C
Baku
Tuesday, November 26, 2024

ABŞ Rusiyaya dəstək verən Ermənistan şirkətinə sanksiya tətbiq edib

ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün Belarus, Ermənistan və Çindən olan şirkətlərə sanksiya tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Rusiyanın “Radioavtomatika” kompaniyasının Çin Xalq Respublikasının olan təchizatçısı Sinno Electronics Co. Limited (Sinno) və Ermənistandan olan təchizatçısı Taco LLC (Taco) sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib.

“Sinno” Rusiyaya ixracla bağlı məhdudiyyətlərdən xəbərdar olaraq, Rusiyanın Ukraynaya növbəti işğalından əvvəl və sonra “Radioavtomatika” ilə davam edən əlaqələrini saxlayıb. İyun ayında “Sinno” Rusiyanın hərbi və yaxud müdafiə sənayesi bazasına dəstək verdiyi və Rusiyanın Ukraynaya növbəti işğalından sonra siyahıya alınmış və sanksiyaya məruz qalan Rusiya qurumları ilə təchizat müqaviləsini davam etdirdiyi üçün qara siyahıya salınıb. Eyni zamanda “Radioavtomatika” Taco LLC-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Bundan əlavə, həm “Sinno”, həm də Taco LLC “Radioavtomatika” ilə işlərinə görə bir-birləri ilə qarşılıqlı əlaqədə olublar”, – məlumatda deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər