10 C
Baku
Friday, December 13, 2024

ABŞ Rusiyaya nota verib

ABŞ-ın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə amerikalı Trevor Ridin sərbəst buraxılmaması ilə bağlı etiraz notası verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında bildirilib.

ABŞ Rusiyadakı müvəqqəti işlər vəkili Bartl Qorman deyib ki, ABŞ vətəndaşına 16 gündür konsulluq xidmətinin göstərilməsinə buraxılmaması ilə əlaqədar uyğun nota iyunun 10-da Rusiya XİN-ə təqdim edilib.

Qeyd olunub ki, bu il mayın 25-də Riddə koronavirus aşkarlanıb. Ailə üzvləri və səfirlik əməkdaşlarının onunla telefonla danışmasına icazə verilməyib. Yaxınlarına və səfirliyə ABŞ vətəndaşının saxlanıldığı yerdən səhhəti ilə bağlı məlumat verilməməsi də vurğulanıb.

Bir müddət əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya prezidenti Vladimir Putini iyunun 16-da həmkarı Cozef Baydenlə görüşdən əvvəl Trevor Ridi azadlığa buraxmağa çağırmışdı.

Qeyd edək ki, T.Rid 2020-ci ilin iyulunda hakimiyyət nümayəndəsinə (polis əməkdaşlarına) güc tətbiq etməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub. İstintaq məlumatına əsasən, o, Moskvada müvəqqəti yaşadığı küçədə iki qadınla mübahisə edib. Hadisə yerinə polis əməkdaşları çağırılıb. Tələbə Rid polis idarəsinə aparılıb. Sonra ona qarşı cinayət işi başlanılıb.

Son xəbərlər
Digər xəbərlər