12 C
Baku
Monday, November 25, 2024

ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək niyyətindədir

ABŞ Rusiyaya qarşı sanksiya rejimini genişləndirmək və digər ölkələr tərəfindən ona riayət olunmasına nəzarəti gücləndirmək niyyətindədir.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz Rusiyaya iqtisadi təzyiq göstərməyə davam edəcəyik. Nəinki sanksiyaları tətbiq etməyi, həm də onları genişləndirməyə davam edəcəyik, həmçinin onların digər ölkələr tərəfindən həyata keçirilməsinə nəzarəti gücləndirəcəyik”, – Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər