33 C
Baku
Saturday, July 20, 2024

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək, daha 120 nəfərə və təşkilata məhdudiyyətlər tətbiq edib.

Bu barədə cümə axşamı ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, mövcud məhdudiyyətlər digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynada müharibəni davam etdirmək qabiliyyətini zəiflətməyə yönəlib. “Bu sanksiyalar Rusiyanın kritik materiallara çıxışını məhdudlaşdıracaq, onun enerji istehsalı və ixrac imkanlarına mane olacaq, beynəlxalq maliyyə sistemindən istifadəsini azaldacaq və yan keçənləri (red. – ABŞ-ın əvvəlki məhdudiyyətlərindən) hədəfə alacaq”, – Blinken bildirib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər