26 C
Baku
Saturday, July 27, 2024

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ Maliyyə Nazirliyi Rusiyanın neft qiymətlərinin yuxarı həddi məhdudiyyətlərini pozduğu iddiası ilə Birləşmiş Ərəb Əmirlikləri və Liberiyadan olan dörd şirkətə qarşı sanksiya tətbiq edib.

Bu barədə qurumun saytında dərc olunmuş press-relizdə deyilir.

Sözügedən BƏƏ-də yerləşən şirkətlər “Zeenit Supply and Trading Dmcc”, “Talassa Shipping DMCC”, “Oil Tankers SCF Mgmt FZCO”, Qabon bayrağı altında üzən “NS Leader” tankerini və Liberiyada qeydiyyatdan keçmiş “NS Leader Shipping” şirkətləridir.

Vaşinqtonun fikrincə, bu təşkilatlar və gəmi qiymət həddini pozmaq sxeminə cəlb edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər