ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Banker.az Oxu.az-a istinadən xəbər verir ki, sanksiya siyahısına Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əlaqəli olan 33 fiziki şəxsin adı daxil edilib.

ABŞ administrasiyasının yüksək vəzifəli məmuru bildirib ki, prezident Donald Tramp müvafiq sərəncam imzalamaqla, Dövlət Departamentinə müəyyən sanksiyaların tətbiqinə dair göstəriş verib.

O qeyd edib ki, sanksiyaların tətbiqi bilavasitə həmin şəxslərə qarşı olmasa da, onlarla əməkdaşlığa məhdudiyyət qoyur.