ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasından daha 28 şirkət və 14 fiziki şəxsin daxil olduğu yenilənmiş sanksiyalar siyahısını dərc edib. Xüsusilə rusiyalı senator və iş adamı Süleyman Kərimovun ailəsinə məhdudiyyətlər qoyulub.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Həmçinin sanksiyalar siyahısında 8 təyyarə və İsveçrə, Ermənistan, Rusiya, BƏƏ, Vircin adaları, Lüksemburq və s.-də qeydiyyatdan keçmiş şirkətlərin daxil olduğu Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən texnologiyalar alan transmilli şəbəkə də var.