9 C
Baku
Monday, November 18, 2024

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Ticarət Nazirliyi 76 Rusiya təşkilatına, 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

ABŞ Rusiya istehsalı olan məhsullarta yeni ixrac məhdudiyyətləri tətbiq edib.

Rusiyanın metallurgiya sektoru, dağ-mədən sənayesi ilə məşğul olan müəssisələri və bəzi bankları sanksiyalar siyahısına salınıb. Onların arasında Moskva Kredit Bankı, MTS Bank, “Uralsib”, “Zenit” və “Sankt-Peterburq” bankları da var.

Eyni zamanda Rusiyanın idman naziri Oleq Matıçin, əmək və sosial müdafiə naziri Anton Kotyakov və fövqəladə hallar naziri Aleksandr Kurenkova qarşı da sanksiyalar tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər