21 C
Baku
Tuesday, May 21, 2024

ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtlərini açıqlayıb

“ABŞ hakimiyyəti ümid edir ki, Moskva Ukraynada xüsusi əməliyyatı dayandırsa Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq”.

Bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinq zamanı deyib.

Xarici siyasət rəsmisi bildirib ki, məhdudiyyətlər daimi nəzərdə tutulmayıb.

“Sanksiyalar bir vasitədir. Əgər biz Rusiyanın əməliyyatları dayandırmasını görsək, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək baxımından nəticələri görsək sanksiyalar ləğv ediləcək”,- deyə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər