14 C
Baku
Saturday, November 23, 2024

ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqladı

Əgər bu, Ukraynadakı hərbi münaqişənin qarşısını almağa kömək etsə, Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər.

Banker.az “Seccretmag”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukraynanın nə etdiyinə və istədiyinə diqqət yetirəcək.

“Əgər Ukrayna qərara gəlsə ki, bu, müharibəni, insan itkisini və dağıntıları dayandıra, ölkənin müstəqilliyini və suverenliyini qoruya bilər, o halda əlbəttə ki, biz buna baxacağıq”, – deyə Blinken söyləyib.

Blinken izah edib ki, danışıqlar, sanksiyalar, təzyiqlər və Ukraynaya dəstək nəticəsində ABŞ öz məqsədlərinə çatsa, o halda sanksiyalar aradan qaldırılacaq.

Daha əvvəl ABŞ Prezidenti Co Baydenin milli strateji ehtiyatdan neftin bazara çıxarılmasına göstəriş verdiyini yazmışdı. Dövlət başçısının sözlərinə görə, bu, ölkədə benzinin qiymətinin rekord dərəcədə artmasının qarşısını almağa kömək edəcək. Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, karbohidrogen qiymətləri yüksəlir.

Son xəbərlər
Digər xəbərlər