6 C
Baku
Monday, December 16, 2024

ABŞ Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib

ABŞ Rusiyaya qarşı sanksiyaların bəzisini ləğv edib.

Bunu ABŞ Maliyyə Nazirliyi təsdiqləyib.

Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.

O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından çıxarıb.

Əməliyyatlar “SEFE Securing Energy for Europe GmbH” ilə dekabrın 16-dək aparıla bilər.

Əvvəllər məhdudlaşdırılmış müəssisə ilə müəyyən qarşılıqlı fəaliyyətə icazə verən oxşar lisenziya 2022-ci ilin may ayına qədər etibarlı idi.

Alfa-Bank-ın Qazaxıstandakı törəmə şirkəti – “SC Alfa Bank” da sanksiyalar siyahısından çıxarılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər