Bu gün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayacaq.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə deyib.
“Biz həm siyasi xadimlər və iş adamlarına, həm də müxtəlif strukturlara şamil olunan sanksiyalar paketini elan edəcəyik. Yeni sanksiyalar sabah (bu gün-red) ictimaiyyətə açıqlanacaq”, – Sallivan bildirib.