20 C
Baku
Thursday, May 30, 2024

ABŞ Rusiyaya sanksiyalardan yan keçdiyi üçün Türkiyəyə qarşı tədbirlər hazırlayır

ABŞ Rusiyaya qarşı sanksiyalardan yan keçən türk şirkətləri ilə bağlı Ankaraya qarşı tədbirlər hazırlayır. Bu barədə  Wall Street Journal məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton bu barədə artıq Ankaranı xəbərdar edib. Eyni zamanda, Türkiyə hakimiyyəti də Qərbin sanksiyalarına qoşulmaq fikrində deyil.

Vaşinqton keçən il türk şirkətlərini məhdudiyyətlərdən yayındıqlarına görə cəza ilə hədələmiş, vəziyyətin ikitərəfli münasibətlərə xələl gətirdiyinə də işarə etmişdi.

ABŞ Qırğızıstanın sanksiyalardan yayınma ilə bağlı hərəkətlərinə də diqqət çəkib. Qeyd olunur ki, Qırğızıstan Rusiyadan şirkətləri ikili təyinatlı mallar, o cümlədən Çin dronları ilə təmin edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər