19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

ABŞ səfirlikləri və konsulluqları iyulun 15-dən fəaliyyəti bərpa edirlər

Artıq 15 iyuldan başlayaraq ABŞ-ın dünyadakı səfirlikləri və konsulluqları viza xidmətlərinin mərhələli şəkildə bərpa edilməsinə başlayırlar. Banker.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konsulluq Əlaqələri Bürosunun rəsmi “Twitter” hesabında məlumat verilib. Bu o deməkdir ki, çox keçmədən ABŞ-a viza almaq üçün müsahibədə iştirak edə biləcəksiniz.

Xatırladaq ki, karantin başlayanda ABŞ dünayadakı bütün səfirliklərini bağladı və bütün diqqətini öz vətəndaşlarına yardım üzərində cəmləşdirdi.

Bilməli olduğunuz məqamlar:

1. Səfirliyin sizin ölkədə işləyib-işləmədiyini öyrənmək üçün, səfirliyin rəsmi saytındakı məlumatları, o cümlədən qurumun sosial şəbəkələrdəki hesablarını izləmək lazımdır.

2. Səfirliklərin işə başlaması Trampın 22 iyun və 22 aprel tarixli məhdudiyyətləri ləğv etmir, yəni mühacir və iş vizalarının verilməsi hələ də qadağandır.

3. Ən populyar olan B-1/B-2, istedadlı insanlar üçün nəzərdə tutulan EB-1, investorlar üçün O-1 və bəy-gəlin üçün K-1 kateqoriyalı vizaların verilməsinə məhdudiyyət yoxdur.

4. Karantin, çox güman ki, statistikaya mənfi təsir göstərəcək və viza almaq şansınız əhəmiyyətli dərəcədə azalacaq.

5. Viza üçün müraciət qaydaları və tələblər karantinə görə dəyişə bilər, buna görə rəsmi saytdakı məlumatları diqqətlə izləyin, köhnəlmiş məlumatları yeniləyin.

6. Unutmayın ki, viza alsanız belə sərhəddə geri qaytarıla bilərsiniz. Bu ehtimal karantindən əvvəl də mövcud idi.

Son xəbərlər
Oxşar xəbərlər