3 C
Baku
Şənbə, Yanvar 29, 2022

ABŞ səkkiz ölkə ilə uçuşları dayandıracaq

ABŞ yeni növ koronavirusa görə Cənubi Afrika Respublikası və daha 7 ölkə ilə hava nəqliyyatını dayandıracaq.

CNN telekanalı xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

Qadağa noyabrın 29-dan qüvvəyə minir.

Beləliklə, yeni məhdudiyyətlər Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə təsir edəcək.

Qərar Bayden administrasiyasının dünyanın 30-dan çox ölkəsindən gələn ziyarətçilərin səyahət məhdudiyyətlərini aradan qaldırmasından üç həftədən az bir müddət sonra verilib.

Bundan əvvəl Avropa İttifaqı ölkələri koronavirusun yeni versiyası ilə bağlı xəbərlər fonunda Cənubi Afrika regionunun yeddi ölkəsinin qitəyə girişinə məhdudiyyətlər qoymağa razılaşıblar.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər