6 C
Baku
Friday, March 1, 2024

ABŞ Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq sazişini müzakirə edir

ABŞ və Səudiyyə Ərəbistanı krallığın İsraillə münasibətlərinin normallaşdırılmasının şərti kimi hərbi əməkdaşlıq sazişinin bağlanması imkanını müzakirə edir. Bu barədə Amerika rəsmiləri arasında olan mənbələrə istinadən “The New York Times” (NYT) məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton və Ər-Riyadın müzakirə etdiyi saziş ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə bağladığı müdafiə sazişlərinə bənzəyəcək. Sənəddə göstərilir ki, Birləşmiş Ştatlar krallığa və ya digər Yaxın Şərq dövlətinə hücum ediləcəyi təqdirdə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməyi öhdəsinə götürür.

Vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ ilə müdafiə sazişini ABŞ Prezidenti Co Bayden administrasiyası ilə Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılmasına dair danışıqlarının vacib aspekti hesab edir. Səudiyyə rəsmiləri müdafiə sahəsində əməkdaşlığın İran və ya müttəfiqlərinin potensial hücumlarının qarşısını almağa kömək edəcəyinə inanırlar.

Lakin Amerika Konqresi ABŞ və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq sazişinə qarşı çıxa bilər. Bəzi yüksək vəzifəli ABŞ qanunvericiləri, xüsusən də Demokratlar Səudiyyə hökumətini və şahzadə Məhəmməd bin Salmanı “ABŞ-ın maraqlarına və insan haqlarına az əhəmiyyət verən etibarsız tərəfdaşlar” kimi qiymətləndirirlər.

Son xəbərlər
Digər xəbərlər