“ABŞ Azərbaycanla əlaqələrə böyük önəm verir”.
Banker.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberger Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə görüşü zamanı deyib.
O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, Azərbaycanla Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləyib və hər zaman Azərbaycan dövlətini dəstəklədiyini bildirib.