ABŞ Cənubi Karolina ştatı üzərində Çinin kəşfiyyat hava şarı vurulub.
Bu barədə “NBC News” telekanalı öz yüksək rütbəli mənbələrinə istinadən məlumat yayıb.
Telekanal bildirib ki, kəşfiyyat hava şarı Çindən idarə olunub və ABŞ hərbi obyektlərindən məlumat toplamaqla məşğul olub.
Həmçinin qeyd olunub ki, hava şarı bir neçə obyektin üzərindən uçub və məlumatları real vaxt rejimində Pekinə ötürüb:
“Şar, çox güman ki, şəkilləri deyil, obyektlərin və ya silah sistemlərinin şəxsi heyətinin rabitə sistemlərindən ətrafa yayılan elektron siqnalları ötürüb”.
Xatırladaq ki, bu bənzər insident cari ilin fevralında da baş verib, ABŞ hava məkanında hava şarı raketlə vurulmuşdu. Pentaqonun iddiasına əsasən, Çin hökuməti cihazın köməyi ilə mühüm məlumatlar toplayıb, Çin XİN bu məlumatı təkzib etmişdi.