10 C
Baku
Thursday, December 12, 2024

ABŞ Şərq-Qərb marşrutu üzrə Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır

ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır.

Bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanda prioritetlərini irəlilətməyə sadiqdir və bu prioritet sahələr arasında iqtisadi artım da yer alır:

“Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının differensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpa olunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər