15 C
Baku
Saturday, May 18, 2024

ABŞ Səudiyyə Ərəbistanı ilə hava hücumundan müdafiə sistemlərini birləşdirmək niyyətindədir

ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanı kralı və onu müşayiət edən şəxslərlə danışıqlar aparacaq. Əsas müzakirə mövzularından biri iki ölkənin hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasının mümkünlüyü olacaq.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bu məsələ ABŞ tərəfindən İran təhlükəsi qarşısında regional liderlərlə müzakirə olunur.

Qeyd edək ki, C.Bayden gələn həftə Yaxın Şərqə səfər edəcək. Prezident İsrail və İordan çayının qərb sahilinə səfərindən dərhal sonra Səudiyyə Ərəbistanına gedəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər