28 C
Baku
Saturday, July 27, 2024

ABŞ S.Ərəbistanına nüvə texnologiyasınən satışı üçün şirkətlərinə iczə verib

ABŞ-ın Energetika nazirliyi Səudiyyə Ərəbistanına nüvə texnologiyalarının satışı üçün yerli şirkətlərə icazə verib.

“Daily Beast” saytının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ilə nüvə sahəsində əməkdaşlıq etməsi üçün gərəkli olan “Part 810” lisenziyası artıq bəzi şirkətlərə verilib, lakin onların adı hələ çəkilməyib.

Bununla bağlı “Daily Beast”in nazirliyə ünvanladığı israrlı sorğular cavabsız qalıb. Qeyd olunur ki, ABŞ dövlət katibi Maykl Pompeo 2020-ci il büdcəsi ilə bağlı Nümayəndələr palatasındakı iclasda Səudiyyə Ərəbistanı ilə münasibətlərlə bağlı Demokrat partiyasının üzvləri tərəfindən çətin suallar qarşısında qalıb.

Kaliforniya ştatından olan deputat Bred Şerman “Camal Qaşıqçı vəhşiliklə qətl edildi. Hazırkı ana qədər verdiyimiz təpki bu 17 quldurun bir daha “Disneyland”a gələ bilməyəcəyindən ibarət olub. Bu necə bir reaksiyadır. Ən azından Səudiyyə Ərəbistanı ilə nüvə silahına sahib olmasının qarşısını ala bilərdiniz. Əlində sümük mişarı ilə gəzən bir rejimə nüvə silahını necə etibar edə bilirsiz?”-deyə qəzəbli çıxış edib.

ABŞ-ın “The New York Times” qəzeti də bu ayın əvvəlində ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerin Səudiyyə Ərərbistanı səfərində, vəliəhd şahzadə Məhəmməd bin Salman ilə nüvə proqramı və Amerikan yardımlarını müzakirə etdiyini yazmışdı.

 

Son xəbərlər
Digər xəbərlər