28 C
Baku
Saturday, July 27, 2024

ABŞ S. Ərəbistanını münasibətlərin pisləşməsi ilə hədələyib

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanının OPEC+ üzvlərinin neft hasilatını azaltmaq qərarına görə ikitərəfli münasibətlərin “nəticələri” ilə hədələyib. Amerika lideri bu barədə oktyabrın 12-sində “CNN” telekanalına müsahibəsində bildirib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Baydenin mətbuat katibi Karine Jean-Pierre izah edib ki, Ər-Riyad enerji siyasətini Moskva ilə koordinasiya edir. Buna cavab olaraq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi əmin edib ki, Ər-Riyadın da iştirak etdiyi OPEC+ qərarı sırf iqtisadi xarakter daşıyır.

Nüfuzlu demokrat senator və anti-Rusiya sanksiyalarının təşəbbüskarlarından biri Bob Menendez sentyabrın 11-də öz internet səhifəsində Ər-Riyadla əməkdaşlığın bütün aspektlərinin, o cümlədən silah satışı və təhlükəsizlik sahəsində əməkdaşlığın dərhal dondurulmasının zərurəti barədə bəyanat yayıb.

Hərbi texnologiyanın ötürülməsinə qadağa qoyulmasını nəzərdə tutan oxşar təklif bir həftə əvvəl deputat Ro Hanna və senator Riçard Blumental tərəfindən irəli sürülüb.

Xatırladaq ki, oktyabrın 11-də Senat Səudiyyə Ərəbistanı ilə silah ticarətinin bir il müddətinə dondurulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Sənəd, digər məsələlərlə yanaşı, Səudiyyə ordusuna ehtiyat hissələrin tədarükü, təmir, maddi-texniki dəstəyin dayandırılmasını nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər