ABŞ qanunvericiləri çərşənbə axşamı ABŞ Konqresinin hər iki palatasına Ər-Riyadın “OPEC+” çərçivəsində neft hasilatını azaltmaq qərarı fonunda Səudiyyə Ərəbistanına amerikan silahların tədarükünü dayandıran qanun layihəsi təqdim etmək niyyətindədirlər.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Cümə axşamı günü demokratlar ABŞ administrasiyasının neft hasilatını azaltmaq qərarına görə BƏƏ və Səudiyyə Ərəbistanı ərazisindən ABŞ qoşunlarını çıxarmağı tələb edən daha bir qanun layihəsi təqdim ediblər.
Xatırladaq ki, keçən həftənin çərşənbə günü Vyanada üzbəüz görüşdə “OPEC+” sazişində iştirak edən dövlətlərlə noyabr ayından neft hasilatını gündə 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sazişin müddəti 2023-cü ilin sonuna qədər uzadılıb. Güman edilir ki, Rusiya və Səudiyyə Ərəbistanı avqust ayı ilə müqayisədə neft hasilatını gündə 526 min barel azaldaraq 10.478 milyon barelə endirəcək. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 41.856 milyon barel təşkil edəcək.