Amerika Senatı ABŞ hökumətinin fəaliyyətinin dayandırılmasına (şatdauna) son qoymağa imkan verəcək qanun layihəsini on ikinci dəfə qəbul edə bilməyib. Respublikaçıların təklifi yenə də lazım olan 60 səslə dəstəklənməyib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, hazırkı şatdaun ABŞ tarixində müddətinə görə ikinci yerdədir. Ən uzun şatdaun isə Donald Trampın birinci prezidentlik dövründə baş verib və 35 gün davam edib.