3 C
Baku
Cümə, Yanvar 21, 2022

ABŞ Senatı 500 milyard dollarlıq yardım paketini təsdiqləyib

ABŞ Senatı koronavirus pandemiyasından zərər çəkən iqtisadiyyatı dəstəkləmək üçün 484 milyard dollar yardım ayırır.

BAnker.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat verib.

Bu məbləğin böyük hissəsi – 320 milyard dollar – “Paychech Protection Program” (PPP) kreditləşmə proqramına xərclənəcək. PPP proqramı kiçik biznes nümayəndələrinə böhran dövründə işçilərinə maaş vermək imkanını verəcək. Təxminən 60 milyard dollar kredit əldə etməkdə çətinlik çəkən kiçik müəssisələrə ayrılacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ PPP proqramının maliyyələşdirilməsinə 350 milyard dollar vəsait ayırmışdır, lakin aprel ayında bu pul bitdi.
Daha 60 milyard dollar təbii fəlakətlərdən zərər çəkmiş müəssisələrə yardım olaraq ayrılacaq. Əgər yeni qanun qəbul olunsa, daha 75 milyard xəstəxanalara, 25 milyard isə koronavirusu aşkar edən testlərin maliyyələşdirilməsinə xərclənəcək.

Yeni anti-böhran tədbirlərinin təsdiq edilməsi apreli 23-də planlaşdırılır.

Son xəbərlər
Oxşar xəbərlər