10 C
Baku
Bazar, Dekabr 5, 2021

ABŞ Senatı dövlət borcunun yuxarı həddini $480 mlrd. artırıb

ABŞ Senatı 2021-ci ilin dekabrına qədər dövlət borcunun yuxarı həddinin artırılması qərarını təsdiq edib.

Banker.az xəbər verir ki, limit 480 milyard dollar artırılıb: 50 senator bu qərarı dəstəkləyib, 48 – əlyehinə səs verib. Növbəti mərhələdə təşəbbüsün ABŞ-ın Nümayəndələr Palatası tərəfindən təsdiqlənməsi və prezident tərəfindən imzalanması gözlənilir.

Xatırladaq ki, iyul ayının sonuna olan məlumata görə, ABŞ-ın dövlət borcu təxminən 28.5 trilyon dollar təşkil edir. ABŞ-ın Maliyyə Nazirliyi dövlət borcunun yuxarı həddinin qaldırılmayacağı təqdirdə, ölkənin defolt riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Prezident Co Bayden bu məsələnin gecikdirilməsinin dolların dünyanın ehtiyat valyutası statusuna zərər verdiyini söyləyib

Son xəbərlər
Oxşar xəbərlər
X