ABŞ Senatı ölkənin borc həddini 2.5 trilyon dollar artıraraq 31.4 trilyon dollara çatdırılması qərarını təsdiq edib. Bildirilir ki, 50 demokrat bunun “lehinə”, 49 respublikaçı isə “əleyhinə” səs verib.
Banker.az xəbər verir ki, sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasının təsdiqini gözləyir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Maliyyə Nazirliyinin rəhbəri Canet Yellen demişdi ki, dekabrın 15-dək limit artırılmasa, “ABŞ hökumətinin fəaliyyətini maliyyələşdirməyə davam etmək üçün kifayət qədər resursu olmaya bilər”.
Qanun layihəsi Senatda demokrat Mitç Makkonnel və respublikaçı Çak Şumer arasında razılaşma əsasında təsdiqlənib. Müqavilə ötən həftə bağlanıb. Onun sayəsində sənəd əksər qanun layihələri üçün tələb olunduğu kimi 60 senatorun təsdiqi olmadan Konqresə təqdim edilib. Cənab Şumer bildirib ki, yeni limit 2023-cü ilə qədər ABŞ hökumətinin ehtiyaclarını ödəyəcək.