Senatda hökumətin maliyyələşdirilməsi ilə bağlı yenidən işlənmiş qanun layihələri paketi səsverməyə çıxarılıb və 71 senator lehinə, 29 senator əleyhinə səs verib.
Əleyhinə səs verənlər arasında Respublikaçılar Partiyasının 5 üzvü də yer alıb.
Bununla belə, hökumətin fəaliyyətinin dayandırılması riski hələ də qalır.
Çünki qanun layihəsi qüvvəyə minmək üçün Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir.
Palatanın isə bazar ertəsinə qədər toplanmayacağı bildirilir.
Bu səbəbdən hökumətin qismən fəaliyyətinin dayandırılması gecə yarısından etibarən qüvvəyə minə bilər.







