25 C
Baku
Saturday, July 27, 2024

ABŞ Senatı Putini hərbi cinayətkar elan edib

ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.

“Reuters” və “Associated Press” xəbər verir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

Senat Putinin dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib.

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunu araşdırmağa çağırır.

Son xəbərlər
Digər xəbərlər