7 C
Baku
Sunday, December 15, 2024

ABŞ Senatı S.Ərəbistanına silah satışını qadağan etdi

ABŞ Senatı Ər-Riyada silah satışı üzrə planlara qarşı qətnamə qəbul edib.

ABŞ Konqresinin Senatı onun razılığı olmadan Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinə silah satışı üzrə saziş bağlanmasının dayandırmasını tələb edən 22 qətnamə qəbul edib.

TASS xəbər verir ki, qətnamələri senatorların yarıdan çoxu təsdiq edib.

Qanuna əsasən, ABŞ-ın Müdafiə Nazirliyi Konqresi digər ölkələrə silah satışı və ya onların hərbi təchizatı planları barədə məlumatlandırmalıdır.

Xatırladaq ki, mayın 24-də ABŞ-ın Dövlət katibi Maykl Pompeo fövqəladə hüquqdan istifadə edərək və qanunvericilərin razılığı olmadan “İranın təcavüzünün qarşısının alınması” üçün İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanına 8,1 milyard dollar dəyərində silah satışı həyata keçırmək istəmişdi.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər