09:40 – Senatı hökumətin fəaliyyətinin bərpasına dair qanun layihəsini qəbul edib.
ABŞ Senatı hökumətin fəaliyyətini yenidən bərpa etməyə və ölkə tarixində ən uzunmüddətli – 40 gün davam edən “şatdaun”a son qoymağa imkan verəcək qanun layihəsini təsdiqləyib.
Sənəd 60 səs lehinə, 40 səs əleyhinə olmaqla qəbul edilib. Respublikaçıların yuxarı palatada 53 yeri var.
Qeyd edək ki, bundan əvvəl 13 dəfə Senat qanun layihəsini razılaşdıra bilməmişdi, çünki demokratlar səhiyyə subsidiyalarının artırılması tələbi ilə səsverməni bloklayırdılar. Lakin bu dəfə bir qrup demokrat respublikaçılarla birlikdə səs verərək qanun layihəsinin irəli çəkilməsinə dəstək olub.
Razılaşmaya əsasən, üç nazirlik, o cümlədən Kənd Təsərrüfatı Nazirliyini-gələn ilinin sonunadək maliyyələşdirən qanunlar, eləcə də digər dövlət qurumlarının 30 yanvaradək mövcud səviyyədə maliyyələşməsini təmin edən qətnamə qəbul ediləcək.
Qanun layihəsi Senatda yekun şəkildə təsdiqləndikdən sonra Nümayəndələr Palatasına göndəriləcək və Prezident Donald Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Prosesin bir neçə gün çəkəcəyi gözlənilir.
09:27 – ABŞ Senatında şatdauna son qoymaq üçün güzəştli maliyyələşdirmə layihəsi üzrə səsvermə keçirilib.
Layihə 60 lehinə, 40 əleyhinə səs toplayıb. Daha əvvəl də elan edilən kimi, Demokratlar Partiyasından olan 8 senator səsvermə zamanı layihəni dəstəkləyib. Səsvermə yerli vaxtla bazar günü axşam saat 20:00 radələrində başlayıb və 3 saata yaxın davam edib. Həftəsonu olduğundan 60 səsli baryeri keçmək üçün bəzi senatorların səsverməyə qatılması zaman alıb.
Bu səsvermə hökumətin açılması demək deyil, lakin bu istiqamətdə həlledici addımdır. Şatdaunun ləğvi üçün layihə Nümayəndələr Palatasında səsverməyə çıxarılmalı və Prezident tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, layihə hökumətin ilin sonuna kimi maliyyələşməsini nəzərdə tutur.








