İnvestor Skott Bessent ABŞ-nin maliyyə naziri vəzifəsinə təsdiqlənib. ABŞ Senatının 68 üzvü onun təyin edilməsinin lehinə, 29-u isə əleyhinə səs verib.
62 yaşlı Skott Bessent “Key Square Group” hedcinq fondunun təsisçisidir. Cənubi Karolinada anadan olub və Yel Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. O, karyerası ərzində “Brown Brothers Harriman” investisiya bankında çalışıb, Corc Soros ilə on ildən çox işləyib.
Yanvarın ortalarında Senatda keçirilən dinləmələrdə Scott Bessent daha sərt anti-Rusiya sanksiyalarını dəstəklədiyini bildirib. O bildirib ki, Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq olunarsa, ABŞ prezidentinin Ukraynadakı münaqişəyə son qoymaq üçün Moskvaya təzyiqləri artırmaq tapşırığını yerinə yetirəcək.