6 C
Baku
Saturday, December 14, 2024

ABŞ Senatı “TikTok” tətbiqini qadağan edən qanun layihəsini təsdiqləyib – Yenilənib

ABŞ senatorları “TikTok” sosial şəbəkə saytının ABŞ federal hökumət qurumlarına məxsus elektron iş cihazlarında istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyiblər.

Bu barədə məlumat ABŞ qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.

Sənədin mətninə əsasən, tətbiq federal qurumlara məxsus cihazlardan silinməlidir. Eyni zamanda, sosial şəbəkədən hüquq-mühafizə, milli təhlükəsizlik və informasiya təhlükəsizliyi tədqiqatları üçün istifadə edildikdə bir sıra istisnalar nəzərdə tutulur.

Senat tərəfindən yekdilliklə qəbul edilən qanun layihəsi Prezident Cozef Bayden tərəfindən imzalanmadan əvvəl ABŞ Nümayəndələr Palatasında nəzərdən keçirilməli olacaq.

Qeyd edək ki, qanun layihəsi platformanın casusluq, ABŞ vətəndaşlarının şəxsi məlumatlarının toplanması və dezinformasiya üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda hazırlanıb.

***

ABŞ Senatı federal hökumət telefonlarında və elektron cihazlarda “TikTok” tətbiqini qadağan edən qanun layihəsini təsdiqləyib.

Respublikaçı senator Coşem Houli tərəfindən təqdim edilən qanun layihəsi Senatın bütün üzvləri tərəfindən dəstəklənib.

“TikTok” Çin Kommunist Partiyasının Troya atıdır. O, Birləşmiş Ştatlar üçün təhlükə mənbəyidir”, – nəşr Coşem Houlinin bəyanatından bu fikri sitat gətirib.

Qanun layihəsi bundan sonra Nümayəndələr Palatasının səsverməsinə çıxarılmalı və ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır.

Artıq Birləşmiş Ştatların 13 ştatı Çinin “ByteDance” kompaniyasına məxsus “TikTok” sosial şəbəkəsinə qarşı tədbirlər görüb. ABŞ hakimiyyətinin fikrincə, “TikTok” Çin hökuməti tərəfindən istifadəçilər barədə məlumatlar toplamaq üçün istifadə edilə bilər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər