4 C
Baku
Monday, December 5, 2022

ABŞ Senatı Ukraynaya 12 milyardlıq yardımı dəstəkləyib

ABŞ Senatı (Konqresin Yuxarı Palatası) Ukraynaya 12.4 milyard dollar maliyyə yardımı ayrılmasını dəstəkləyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“ABŞ Senatı Ukraynaya 12.4 milyard dollarlıq yardım paketinin verilməsinə səs verib. Vəsaitdən 7.8 milyard dolları müdafiə ehtiyaclarına, 4.5 milyard dolları isə birbaşa Ukraynanın büdcə dəstəyinə ayrılacaq”, – deyə o yazıb.

ABŞ Senatının Ədliyyə Komitəsinin sədri Lindsey Graham deyib ki, Ukraynaya verilən əlavə yardımda “ukraynalılara ilin qalan hissəsini keçirməyə, işıqları yandırmağa və ödənişləri ödəməyə kömək edəcək” maliyyə hissəsi də var.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X