9 C
Baku
Wednesday, November 13, 2024

ABŞ Senatı Ukraynaya 61 mlrd. dolların ayrılmasını təsdiqləyib

ABŞ Senatı Nümayəndələr Palatasının ardınca Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Məlumata görə, 79 senator layihənin lehinə, 18-i isə əleyhinə səs verib.

Bir gün əvvəl Ukrayna, İsrail və Tayvana yardım göstərilməsi üçün tədbirlər paketi Senatda 80 senatorun dəstəyi ilə prosedur səsverməsindən keçib. Senatorların qanun layihəsini müzakirə etmək üçün 30 saat vaxtı olsa da, onlar yekun səsverməni daha əvvəl keçirmək qərarına gəliblər.

Tədbirlər paketinə həmçinin İsrail üçün 26 milyard dollar, Hind-Sakit Okean region üçün isə 8.12 milyard dolların ayrılmaısnı nəzərdə tutur. Bundan əlavə, təşəbbüsdə Rusiya aktivlərinin müsadirəsi, Çin və İrana qarşı yeni məhdudiyyətlərin tətbiqi mümkünlüyü və “TikTok” sosial şəbəkəsinə qadağa qoyulması ilə bağlı müddəalar var.

Son xəbərlər
Digər xəbərlər