ABŞ-ın Respublikaçılar Partiyası Donald Trampı dəstəkləyib.
Banker.az xəbər verir ki, gözlənildiyi kimi, bu gün impiçment proseduruna son qoyulacaq.
Xatırladaq ki, demokratlar Ağ Evin rəhbərini Kiyevə təzyiq göstərməkdə və Trampın siyasi rəqibi olan Co Bayden haqqında gizli araşdırma aparmaqda günahlandırıblar.
Proqnozlara görə, impiçment baş tutmayacaq, çünki senat əsasən respublikaçılardan təşkil olunub. Onlar isə liderinin hakimiyyətdən uzaqlaşdırılmasına yol verməyəcəklər.