14 C
Baku
Sunday, November 24, 2024

ABŞ senatorları Çinə neft satışını qadağan edib

ABŞ Senatı ölkənin növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) müdafiə büdcəsi layihəsinə ölkənin strateji ehtiyatından Çinə neft satışını qadağan etmək üçün təklif edilən düzəlişi qəbul edib.

Bu düzəliş senatorlar Ted Kruz və Co Mancin tərəfindən təqdim edilib. Təklifi 85 senator dəstəkləyib, 14 qanunverici isə əleyhinə çıxıb.

Dəyişiklik Energetika Nazirliyinə ABŞ-ın strateji ehtiyatından neft məhsullarının Çin Kommunist Partiyasının sahib olduğu, nəzarət etdiyi və ya təsiri altında olan hər hansı quruma satışını qadağan edəcək.

Amerikanın strateji neft ehtiyatı 1975-ci ildə qlobal enerji böhranından sonra yeni fövqəladə hallar zamanı ABŞ Konqresinin qərarı ilə yaradılıb. Hazırda Texas və Luizianadakı dörd anbarda təxminən 348,62 milyon barel neft mövcuddur.

Ümumi icazə verilən anbar tutumu 714 milyon barel səviyyəsində müəyyən edilib. ABŞ-ın neft ehtiyatı dünyada hökumətlərin sahib olduğu ən böyük neft ehtiyatıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər