23 C
Baku
Monday, September 16, 2024

ABŞ silah-sursat istehsalını genişləndirmək üçün 5.3 milyard dollar xərcləyib

Pentaqon 2022-ci ildən bəri raket istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib.

Bu barədə qurumun saytında məlumat verilib.

Qeyd olunub ki, ABŞ bu addım sursat və ya onun komponentlərinin yerli istehsalını artırmaq üçün atılıb.

Eyni zamanda, 2022-ci ildə ölkədə ayda 14,4 min ədəd 155 mm çaplı mərmi, beş “HIMARS” reaktiv yaylım atəşi sistemi və 21 ədəd “Patriot” raket sistemi istehsal edilib.

Hazırda onların sayı müvafiq olaraq 40 min, səkkiz və 42-yə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər