ABŞ Şimali Koreya ilə danışıqlara yenidən başlamağa hazırdır

0
U.S. President Donald Trump and North Korea's leader Kim Jong Un react during their summit at the Capella Hotel on Sentosa island in Singapore June 12, 2018. Anthony Wallace/Pool via Reuters - RC1A2A59D7B0

ABŞ Şimali Koreya ilə nüvə sahəsində müzakirələrə yenidən başlamağa hazırdır.

Bunu ABŞ Administrasiyasının Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stefan Beqan deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Cənubi Koreyaya üçgünlük səfəri zamanı S.Beqan bu ölkənin Koreya yarımadası və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lee Do-hoon ilə görüşüb. Görüşdə xüsusi nümayəndə ABŞ Prezidenti Donald Tramp tərəfindən Şimali Koreya ilə danışıqları bərpa etməklə bağlı tapşırığın verildiyini və Şimali Koreya lideri Kim Çen Inın bunu razılıqla qarşıladığını ifadə edib. Lee Do-hoon isə məsələ ilə bağlı açıqlamasında hazırkı müzakirə mərhələsinə Şimali Koreya, Cənubi Koreya və ABŞ rəhbərlərinin siyasi iradələri sayəsində gəlindiyini bildirib.

AzerTag