14 C
Baku
Sunday, November 24, 2024

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar siyahısına daha üç nəfəri daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Hakim Koreya Əmək Partiyasının nümayəndələri olan həmin şəxslər Şimali Koreyanın kütləvi qırğın silahları və ballistik raket proqramına dəstək veriblər.

“Sanksiyalar Şimali Koreyanın qeyri-qanuni kütləvi qırğın silahlarını və ballistik raket proqramlarını inkişaf etdirmək imkanlarına zərbə vurmaq üçün nəzərdə tutulub”, – məlumatda qeyd edilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər